Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir.
B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb. Yekunda təmsilçimiz 69:94 hesabı ilə qələbə qazanıb.Matçın ən məhsuldar basketbolçuları kimi “Zirvə Astara BK”da Ruşard Kruikşenk (32 xal, 5 ribaund), “Olimpik Şəki BK”da isə Larri Robinson (25 xal, 7 ribaund) fərqləniblər.