SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun sonuncu oyunu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində “Bizim Astara”ya istinadən verir.

Belə ki, finalda “Zirvə Astara” BK komandası doğma azarkeşlər önündə paytaxt klubu “NTD” BK basketbolçularını qəbul edib. Qarşılaşmanın sonunda paytaxt basketbolçuları 92-81 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, oyunu çoxsaylı tamaşaçılarla birlikdə Azərbaycan Respublikası Elm və Təhsil naziri və Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və “Zirvə” Beynəlxalq idman klubunun direktoru Tofiq Heydərov da izləyiblər.

Astarada basketbol
Bizim Astara
Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,