Masallıdan olan idmançı Rahid Həmidli Azərbaycan çempionatının qızıl medalçısı olub. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az xəbər verir.
Final qarşıdurmasınadək rəqiblərinə aman verməyən fəxrimiz son görüşündə AGF komandasının üzvü Aslan Akbarova qalib gəlib. 125 kq çəki dərəcəsində mübarizə aparan Rahid Həmidli saysız medallarına birini də əlavə edib.
Rahid Həmidli aktiv idman həyatından savayı, bloger və xeyriyyəçi kimi də fəaliyyət göstərir. O, sosial rifahı zəif olan ailələrə daim yardım edir.