SON XƏBƏRLƏR

Rumıniyalı futbolçu Adrian Skarlatake keçmiş Premyer Liqa klubunda çıxış etdiyi dönəm barəsində danışıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

36 yaşlı rumıniyalı müdafiəçi vaxtilə çıxış etdiyi Lənkəran təmsilçisində özünü rahat hiss etdiyini söyləyib: “Orada çox yaxşı maaş verirdilər. Biznesə hələ başlamamışam. Çünki futbol oynayanda bununla məşğul olmaq çətindir. Karyeramı bitirdikdən sonra nə edəcəyimə qərar verəcəyəm. Mənə əvvəllər başqa ölkələrdən təkliflər olmuşdu. Amma Azərbaycanda rahat olduğum üçün uzun müddət orada qaldım, ölkəni dəyişmək istəmədim”.

Peşəkar futbolçu bir gün “Xəzər Lənkəran”ın yenidən fəaliyyətini bərpa edərək Premyer Liqaya qayıdacağına inanır: “Xəzər Lənkəran” – “Neftçi” oyunları üçün darıxıram. Həmçinin “Xəzər”in azarkeşləri, matçlardan əvvəl və sonra olan atmosfer üçün də. Ümid edirəm ki, “Xəzər Lənkəran” bir gün yenidən yüksək liqada çıxış edəcək”.