SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Region Liqasının 2022-2023 mövsümünün yeni iştirakçıları arasında “Xəzər Lənkəran 42” də var. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində Sportinfo.az-a istinadən verib.

Cənub bolgəsində mübarizə aparacaq debütant qrup mərhələsində “Lerik”, “Qobustan”, “Ərkivan”, “Zəfər 44” və “Neftçala” ilə üz-üzə gələcək.

Artıq komandanın ilk baş məşqçisinin kimliyi də məlumdur. Ağadadaş Həmidov “sükan arxasına” gətirilib.

Sözügedən şəxs yerli futbolsevərlərə yaxşı tanışdır. O, uzun illər “Xəzər Lənkəran”ın akademiyasında çalışıb, həmçinin əsas komandanın Premyer Liqada son baş məşqçisi kimi tarixə düşüb.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda