SON XƏBƏRLƏR

“Xəzər Lənkəran 42” Region Liqasında cavab qarşılaşmasına çıxacaq. Bu haqda bu gün, 5 may tarixində Cenublu.az xəbər verir.

Region Liqasında Lənkəranı layiqincə təmsil edən komanda 1/4 finalın cavab oyununda “Marxal Şəki” ilə üz-üzə gələcək. Xəzər Lənkəran Mərkəzi stadionunda baş tutacaq oyun 7 may saat 15:30-da keçiriləcək.

Qeyd edək ki, komandamız ilk oyunda Şəki təmsilçisinə 3:1 hesabı ilə məğlub olmuşdu.