Region Liqasında üz-üzə gələn “Xəzər Lənkəran 42” və “Ərkivan” FK qarşılaşması bol qollu keçib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az XL Müsahibəyə istinadən xəbər verir.
IV tur çərçivəsində baş tutan oyunda Lənkəran təmsilçisi “Ərkivan”ı 7:2 hesabı ilə məğlub edib. “Xəzər Lənkəran 42”-nin qolları Röyal Nəcəfov (2), Ümid Hüseynov (3), Cavad Bağırov (1) və Elşən Rzazadə (1) tərəfindən vurulub.