SON XƏBƏRLƏR

Xan Lənkəran FK Region liqasına hazırlıq ərəfəsində transfer çalışmalarını davam etdirir. Bu haqda Cenublu.az Sportinfo.az-a istinadən xəbər verir.

Türk mütəxəssis İbrahim Uzuncanın başçılığı altında klub 4 yeni futbolçu transfer edib. Qapıçı çeşidliliyini çoxaltmaq istəyən klub, Keşlədən Cavidan İzzətlini cəlb edib. Həmçinin Zirə FK-nın aşağı yaş qruplarında forma geyinən hücumçu Nurlan Fərəcli komandanın heyətinə qatılıb.

Xan Lənkəran FK Premyer liqa təcrübəsinə malik olan Aqşin Muxtaroğlunu və Qubanın Şahdağ futbol klubunun müdafiəçisi Vüqar Rəhimovu da sıralarına qatıb.

Qeyd edək ki, Xan Lənkəran FK Region liqasında çıxış etdiyi müddətdə məğlub olmayıb. Klub qrup mərhələsinin şəriksiz lideridir.