SON XƏBƏRLƏR

Xan Lənkəran PFK ev oyunlarını yenidən Xəzər Lənkəran Mərkəzi Stadionunda keçirəcək. Bu haqda məlumat bu gün, 10 fevral tarixində Qafqazinfo.az-da paylaşılıb.

Xan Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Famil Məmmədov bildirib ki, sosial şəbəkələrdə yayılan, Xan Lənkəranın adının dəyişməsi, xəbəri hələlik gerçək deyil.

O, həmçinin qeyd edib ki, klubun prezidenti Pərviz Hüseynovun fəaliyyətini dayandırmış Xəzər Lənkəranın fəxri prezidenti Mübariz Mənsimovla görüşüb. Famil Məmmədov stadionla bağlı yaranan problemin həl olunduğunu qeyd edib.

“Xan Lənkəranın bu stadionda oynamasına razılıq verilib. Bundan sonra oyunlarımızı həmin arenada keçirəcəyik. Ad məsələsinə gəlincə, bu gün üçün dəyişməyi düşünmürük. Amma gələcəkdə belə bir şey ola bilər. Mübariz Mənsimov da klubumuzun prezidenti ilə görüşdə Xəzər Lənkəran adı altında çıxış edə biləcəyimizi deyib. Gələcəkdə bu mümkün ola bilər”, – deyə Famil Məmmədov bildirib.