Xan Lənkəranın Xəzər Lənkəran Mərkəzi Stadionunu tərk etmə səbəbi bəlli olub. Bu haqda bu gün, 8 fevral tarixində Cenublu.az Sportinfo.az-a istinadən xəbər verir.
Xan Lənkəran PFK rəsmi olaraq fəaliyyətə başladığı zaman ev oyunlarını Xəzər Lənkəran Mərkəzi Stadionunda keçirirdi, lakin son 2 matçı Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. Buna səbəb isə Xəzər Lənkəran rəhbərliyinin əksər qadağaların qoyması olub.
Stadiona aid olan avadanlıqların satışa çıxarılmasına görə Xan Lənkəran tərəfindən istifadəsinə qadağa qoyulub. Bu hal isə hər ay bir neçə min manat icarəhaqqı ödəyən Xan Lənkəran rəhbərliyinin haqlı narazılığına səbəb olub.
Qeyd edək ki, Xəzər Lənkəranın avadanlıqlarının alqı-satqısı işlərinə Mübariz Mənsimovun qardaşı nəzarət edir.