Region liqası çərçivəsində “Xan Lənkəran” PFK lider kimi fırtınalar meydanına çıxacaq. Bu haqda məlumat peşəkar futbol komandasının rəsmi İnstagram səhifəsində paylaşılıb.
lV tur çərçivəsində “Xan Lənkəran” PFK Astaranın “Ərkivan” FK ilə qarşılaşacaq. 28 noyabr saat 15:00-da keçiriləcək matç Xəzər Lənkəran Mərkəzi stadionunda baş tutacaq.
“Ərkivan” FK 3 turdan sonra 4 xalla 3-cü yerdədir. Masallı komandası bu oyunlarda 5 qol vurub və qapısında 6 qol görüb.
Qrup mərhələsinin şəriksiz lideri olan “Xan Lənkəran” PFK keçirdiyi 3 matçda da məğlub olmayıb.