SON XƏBƏRLƏR

Cənubun fəxri “Xan Lənkəran” bundan sonra uşaq futbolunu da inkişaf etdirmək niyyətindədir. Cənublu.az bu haqda sportinfo.az-a istinadən xəbər verir.

Məlumata görə, I Divizionda mübarizə aparacaq “Xan Lənkəran”, aşağı yaş qrupları üzrə komandalar formalaşdırmağa başlayıb. Bu məqsədlə klubumuz konsepsiya hazırlayıb.

Buna əsasən, U-19 komandasının yaradılması planlaşdırılır. Seleksiya prosesi Lənkəran Olimpiya Kompleksinin stadionunda aparılacaq.