SON XƏBƏRLƏR

“Xan Lənkəran” FK premyer liqanın təcrübəli qapıçısını öz heyətinə qatıb. Bu haqda futbol komandasının rəsmi İnstagram səhifəsində paylaşılıb.

Heyətini gücləndirməkdə davam edən “Xan Lənkəran” FK Orxan Sadiqlini transfer edib. Qapıçı Premyer liqada “Xəzər Lənkəran”, “Keşlə” və “Zirə” kimi komandalarda oynayıb.

28 yaşlı qapıçı Premyer liqada debut oyununa 5 avqust 2012 ci ildə “Xəzər Lənkəran” FK heyətində “Ravan” FK-na qarşı çıxıb.