SON XƏBƏRLƏR

 

“Xan Lənkəran” FK yoldaşlıq matçı çərçivəsində ilk səfər oyununu keçirəcək. Bu haqda futbol klubunun İnstagram səhifəsində paylaşılıb.

Beyləqanın “Mil” FK komandası ilə 16 oktyabr saat 15:00-da başlayacaq matç, Beyləqan Olimpiya İdman Mərkəzində baş tutacaq.

Bakı təmsilçisi “Mübariz” FK-ya 10-1 hesabı ilə qalib gələn “Xan Lənkəran” FK səfər oyununa ruh yüksəkliyi ilə yollanacaq.

Klubun rəhbərliyi azarkeşlərinin iştirakını təmin etmək məqsədi ilə iki avtobus ayırıb. Onlar 16 oktyabr saat 05:00-da Xəzər-Lənkəram meydançasının qarşısından Beyləqana yola düşəcəklər.