SON XƏBƏRLƏR

“Xan Lənkəran” FK Region liqası çərçivəsində oynanılan 3 turdan sonra liderliyini davam etdirir.

Komandamız lll tur çərçivəsində Cəlilabad səfərinə çıxıb. Elə həmin şəhərin komandası olan “Ümid” FK ilə qarşılaşan komandamız böyük hesabla qalib gəlib.

1 – 4 hesabı ilə bitən matçda komandamızın qollarını E.Rzazadə, B.Soltanov, Z.Nuruzadə və bu oyundada fərqlənən R.Nəcəfov vurub.

Turnirdə 1 oyun az keçirən “Xan Lənkəran” FK liderdir. 3 oyunun sonunda rəqib qapısına 13 qol vuran komanda qapısında cəmi 2 qol görüb.