Region liqası çərçivəsində lll turda “Xan Lənkəran” FK-nın rəqibi müəyyən olub.
Turnirdə fırtına əsdirən komandamız Cəlilabadın “Ümid” FK ilə qarşılaşacaq. 6 xalla lider olan “Xan Lənkəran” FK turnirdə 1 oyun az keçirib.
Oyun 21 noyabr saat 15:00-da Cəlilabad Şəhər Mərkəzi Stadionunda baş tutacaq.
Qeyd edək ki, “Ümid” FK cənubun digər komandası “Astara” FK ilə qarşılaşmış və 4 – 0 hesabı ilə məğlub olmuşdur.