SON XƏBƏRLƏR

“Xan Lənkəran” PFK Bakı şəhərində baş tutacaq yoldaşlıq matçına azarkeşlər üçün iki avtobus ayırıb. Bu haqda məlumat bu gün, 21 dekabr tarixində futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.

Region liqası çərçivəsində yaranmış fasilədən istifadə edən komandamız Bakının “Neftçi 2” FK ilə qarşılaşacaq. İsmət Qayıbov adına stadionda baş tutacaq oyun 26 dekabr saat 14:00-da keçiriləcək.

Avtobuslar 26 dekabr saat 09:00-da Xəzər Lənkəran mərkəzi stadionun qarşısından yola düşəcək. Müraciət etmək istəyənlər klubun İnstagram hesabına müraciət edə bilərlər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər