SON XƏBƏRLƏR

Peşəkar Futbol Liqası azarkeşlərin xahişinə görə “Xəzər Lənkəran”ı Premyer liqaya buraxmağa hazırdır. Bu haqda məlumat bu gün, 14 fevral sportal.az-da paylaşılıb.

“Xəzər Lənkəran” FK-nın borclarının bağlanılması təqdirdə “Xan Lənkəran” qeyd olunan addan istifadə edə bilər. Borc məsələsi həl olunduğundan azarkeşlər “Xəzər Lənkəran”-nın Premyer liqaya qayıdacağını ümid edirlər.

Bununla bağlı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev öz açıqlamasında bildirib ki, “Xan Lənkəran”ın “Xəzər Lənkəran”a çevrilməsi prosesini izləyir. Borclar qaytarılıbsa, PFL regionda futbolun bərpası üçün tam dəstək olmağa hazırdır.

“Azarkeşlərin xətrinə “Xəzər Lənkəran”ı Premyer Liqaya buraxmağa hazırıq. Əsas tələblər-bank təminatı və komandanın peşəkarlaşmasıdır. Bunlar qaydasında olsa, istisna hal kimi-dediyimizin üstündəyik.” – deyə Ramin Musayev əlavə edib.