SON XƏBƏRLƏR

“Xəzər Lənkəran”ın 2013/2014 mövsümündə baş məşqçisi olan Mustafa Dənizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək. Bu haqda məlumatı bu gün, 23 noyabr tarixində Sportinfo.az verib.

26 noyabrda keçiriləcək arenanın açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. “Altay” və “Altınordu”nun oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli “Xəzər Lənkəran”la yanaşı “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın da baş məşqçisi olub.