Region liqası çərçivəsində keçirilən “Xan Lənkəran” PFK və “Astara” FK oyun bərabərə bitib.
Xəzər Lənkəran Mərkəzi stadionunda baş tutan oyunda qapılara qol vurulmadı. “Xan Lənkəran” PFK-nun üstünlüyü ilə keçən oyunda “Astara” FK-nun qapıçısı öz oyunu ilə fərqlənib.
Oyun zamanı “Xan Fırtına” azarkeşləri 30 noyabr tarixində “Qaraheybət” aviasiya poliqonunda baş verən qəzada şəhid olmuş hərbiçilərimiz haqda pankart açıblar.
Qeyd edək ki, V turdan sonra “Xan Lənkəran” PFK 13 xalla liderdir, “Astara” FK isə rəqibindən 3 xal az toplayaraq 2-ci yerdədir.