SON XƏBƏRLƏR

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib. Bu haqda məlumatı Qaynarinfo.az saytı verib.

Belə ki, buna səbəb 73 yaşlı Con Toşakın koronavirusa yoluxması olub. Onun səhhəti son bir neçə saat ərzində pisləşib. Həkimlər onda ağır pnevmoniya olduğunu təsdiqləyiblər. O, hazırda həyat yoldaşı ilə birlikdə İspaniyanın Barselona şəhərində xəstəxanadadır.

Qeyd edək ki, Con Toşak 2013-cü ildə “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, həmçinin İspaniyanın “Real Madrid” klubuna və Uels yığmasına da rəhbərlik edib.

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.