SON XƏBƏRLƏR

İflasa uğramış “Xəzər Lənkəran” FK-nın bütün borclarının bağlandığı açıqlanıb. Bu haqda məlumat bu gün, 14 fevral tarixində Report.az-da paylaşılıb.

Faktla bağlı açıqlama verən “Xan Lənkəran”ın mətbuat katibi Famil Məmmədov bildirib ki, “Xəzər Lənkəran”ın bütün borcları bağlanıb və ehtiyac olacağı təqdirdə, “Xan Lənkəran” bu adla çıxış edə bilər. Borcların kimin tərəfindən ödənildiyi məlum deyil.

“Bizə sadəcə deyilib ki, “Xəzər Lənkəran”ın borcları bağlanıb”, – deyə Famil Məmmədov əlavə edib.