SON XƏBƏRLƏR

Masallıda “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi Lətifzadə Emin Zaur oğlunu ziyarət edib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Lətifzadə Emin Zaur oğlu 2 iyun 1998-ci il tarixində Masallı rayonu, Güllütəpə kəndində anadan olub, 2004-2015-ci illərdə təhsil alıb, 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində keçib.

Qəhrəmanımız Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə yaralanıb, 3-cü qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Lətifzadə Emin Zaur oğlu “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.