Cəlilabadda “Cırtdan” əyləncəli idman yarışının final mərhələsi keçirilib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Lənkəran Rayon Təhsil İdarəsinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutan turnir gərgin və əyləncəli keçib. Final yarışının nəticələrinə əsasən, Cəlilabad şəhər 11 nömrəli körpələr evi – uşaq bağçasının “Dəmir Yumruq” komandası I yerə, Kazımabad kənd körpələr evi – uşaq bağçasının “Xudayar” komandası II yerə, Cəlilabad şəhər 1 nömrəli körpələr evi – uşaq bağçasının “Lələtəpə” komandası III yerə və Privolnoye kənd körpələr evi – uşaq bağçasının “Uğur” komandası IV yerə layiq görülüb.
Sonda qalib komandalara hədiyyələr təqdim edilib.