SON XƏBƏRLƏR

Region liqası çərçivəsində Xəzər Lənkəran Mərkəzi stadionunda tufan qopacaq.

Qrup mərhələsinin ilk turunda qarşılaşan “Xan Lənkəran” PFK və “Astara” FK V turda üz-üzə gələcəklər. 5 tur sonra 15 xalla lider olan “Xan Lənkəran” PFK Astara təmsilçisini 3 xal qabaqlayır.

Məğlub edilməz Lənkəran təmsilçisi 5 dekabr saat 15:00-da öz müdafiə oyunu ilə fərqlənən “Astara” FK-nı qonaq edəcək.

Qeyd edək ki, “Xan Lənkəran” PFK Astara səfərindən 4 qol vuraraq 3 xalla geri dönmüşdü.