“Xan Lənkəran” yoldaşlıq oyununda rəqibinə böyük hesabla qalib gəlib. Bu haqda xəbər futbol klubunun rəsmi saytında dərc edilib.
10 oktyabr Xəzər Lənkəran Mərkəzi stadionunda təmsilçimiz 10 – 1 hesabı ilə Bakı təmsilçisini məğlub edib. 90 dəqiqə ərzində top ilə oynama üstünlüyü “Xan Lənkəran”
FK-da olub. Yalnız oyunun son dəqiqələrində “Mübariz” FK hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsi nəticəsində təsəlli qolunu vurub.
Futbol həyəcanını fırtınalar meydanına geri qaytaran “Xan Lənkəran”nın matçında yüzlərlə insan futbol həzzinin yenidən yaşayıb.
Qeyd edək ki, bu Lənkəran təmsilçisinin ardıcıl 4-cü qələbəsidir.
