Xəzər Lənkəran mərkəzi Stadionunda cənub fırtınası əsdi.
Region liqasının ll tur çərçivəsində “Xan Lənkəran” FK ll qələbəsini qazandı. Qaradağın “Qobustan” FK ilə qarşılaşan “Xan Lənkəran” FK rəqibinin qapısından 5 cavabsız top keçirtdi.
“Xan Lənkəran” FK Y.Yusubzadənin 2, R.Nəcəfovun2, E.Rzazadənin 1 qolları ilə qələbə qazanıblar.
Lənkəran təmsilçisinə daim dəstək olan azarkeşlər, bu oyundada komanda oyunçularını ruhlandıran pankartlar açıblar.
Komandamızın üstünlüyü ilə davam edən qarşılaşmada “Qobustan” FK-nın baş məşqçisi qırmızı vərəqə görüb.
Qeyd edək ki, 1 oyun az keçirən “Xan Lənkəran” 6 xalla liderdir.