Region Liqasının cənub regionu üzrə püşk atma nəticələri açıqlanıb. Bu haqda bu gün, 25 oktyabr tarixində AFFA-nın rəsmi saytında paylaşılıb.
Zonalar üzrə müəyyənləşən qruplarda Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb və Naxçıvan Muxtar Respublikası üzrə püşklər atılıb.
Cənub bölgəsi üzrə aşağıdakı komandalar qrup mərhələsində qarşılaşacaqlar:
Xan Lənkəran FK
Astara
Ərkivan (Masallı)
Ümid (Cəlilabad)
Qobustan
İlk turda 2 oyun keçiriləcək:
Astara – “Xan Lənkəran” FK
Ərkivan (Masallı) – Qobustan