SON XƏBƏRLƏR

“Astara” FK Region liqasında lll turun oyununa çıxacaq.

Turnir çərçivəsində komandamız Cəlilabadın “Ümid” FK ilə qarşılaşacaq. Matç 14 noyabr saat 15:00-da Suparibağ stadionunda baş tutacaq.

2 turdan sonra “Astara” FK-nun 3, “Ümid” FK-nun isə 1 xalı var.

Qeyd edək ki, “Astara” FK daha öncə “Qobustan” FK ilə qarşılaşmış və 0-2 hesabı ilə qalib gəlmişdi.