Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Strongman idman növü üzrə Dünya Kubokunun qalibi Sadiq Kamilovu qəbul edib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Görüşdə Azərbaycan Juboksinq Citsu İdman Klubları İctimai Birliyinin prezidenti Sənan Ağakişiyev və İctimai Birliyin vitse-prezidenti Rasim Əfəndiyev iştirak ediblər.
Qazandığı qələbələr münasibətilə idmançını və məşqçisini bir daha təbrik edən icra başçısı onlara qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb.
Sonda idmançıya İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.
Qeyd edək ki, 26 noyabr tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən Strongman idman növü üzrə Dünya Kubokunda Kamilov Sadiq 2 qızıl və 2 gümüş medal qazanıb.