SON XƏBƏRLƏR

Hamının marağına səbəb olan İqbal Babayevin istefaya göndərilməsindən sonra baş məşqçilik postuna gətirilən İbrahim Uzunca kimdir?

1962-ci il yanvar ayının 2-də Türkiyənin Adana şəhərində anadan olan İbrahim Uzunca yeniyetmə yaşlarından futbol ilə məşğul olub. Peşəkər futbolçu kimi bir sıra türk klublarında oynayan 60 yaşlı mütəxəssis 1995-ci ildən məşqçilik karyerasına start verib.

İndiyədək 8 futbol klubunun baş məqçisi kimi çalışan İbrahim yalnız Türkiyə və Azərbaycan klublarını çalışdırıb. Karyerası boyunca klublarla 151 matça çıxan məşqçi 27%-lik qalibiyyət statistikasına malikdir.

Qeyd edək ki, İbrahim Uzunca sonuncu dəfə 2019-2020-ci illərdə Azərbaycanın Şahdağ Quba klubunu çalışdırıb. Türk mütəxəssisin başçılığı altında klub 8 oyunda 6 qalibiyyət qazanaraq 18 xal toplamışdır.