SON XƏBƏRLƏR

Masallını təmsil edən voleybolçularımız növbəti qalibiyyəti qazanıblar. Bu haqda bu gün, 24 yanvar tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

“Murov” voleybol klubunun idman zallarında kişi voleybolçular arasında Azərbaycan çempionatının I Liqasında növbəti oyunlar keçirilib. B qrupunda çıxış edən “Masallı” komandası “Azəri-1” komandası ilə qarşılaşıb.

Təmsilçimiz hər 3 seti qələbə ilə başa vuraraq oyundan 3:0 hesabı ilə qalib ayrılıb.