Masallıda şahmat yarışlarına yekun vurulub. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən xəbər verir.
Novruz bayramına həsr edilmiş şahmat idman növü üzrə turnir Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda rayonun orta ümumtəhsil məktəblərinin şahmatçıları güclərini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, ilk üç yeri tutan zəka sahibləri təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında şahmat idman növünün kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsidir.