SON XƏBƏRLƏR

Minifutbol üzrə Astara komandası “Be Active” devizi altında keçirilən Avropa idman həftəsinin qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Lənkəran Olimpiya İdman Kompleksində Avropa Komissiyasının təşəbbüsü, Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin müvafiq federasiyalarla birgə təşkilatçılığı ilə keçirilən yarışlarda minifutbol üzrə 11-12 yaşlı yeniyetmələr arasında Astara rayon komandası ardıcıl olaraq Salyan, Hacıqabul, Masallı, Xan Lənkaran komandalarına qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə ucalıb.

Qeyd edək ki, minifutbol üzrə Astara rayon komandasını Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Etibar Axundov və Astara UGİŞM-in məşqçisi Qəhrəman Mirzəyev hazırlayıblar.