SON XƏBƏRLƏR

Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi boks idmanı üzrə Azərbaycan birinciliyində gümüş medalın sahibi olub. Bu haqda bu gün, 22 dekabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Nəsirova  respublika çempionatının finalında rəqibinə məğlub olaraq ikinci yerin sahibi olub. O, Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Orxan Cəbiyevin  yetirməsidir.

Turnirin keçirilməsi ölkəmizdə boksun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyır.

Əlavə edək ki, Leyla Nəsirova Azərbaycan yığma komandasının üzvüdür.