SON XƏBƏRLƏR

Masallılı güləşçi Azərbaycan çempionatının ikinçisi olub. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.

Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında çıxış edən Zəfər Əliyev 97 kq çəki dərəcəsində mübarizə aparıb. Finala gedən yolda rəqiblərinə 1 xal belə verməyən Masallıdan olan güləşçi, son qarşıdurmanın nəticəsinə görə gümüş medalın sahibi olub.