Masallı “Fight klub”un tələbələri şəhidin xatirəsinə keçirilmiş turnirdən medallarla qayıdıblar. Bu haqda bu gün, 23 yanvar tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yırtıcı ləqəbli XTQ şəhidi Seyidov Əli Rahim oğlunun xatirəsinə həsr olunmuş “Vale tudo MMA” versiyası üzrə açıq turnir keçirilmişdir. Turnirdə rayon və şəhərlərdən 22 klub və 243 idmançı iştirak edib. Masallı rayonunu təmsil edən Masallı “Fight klub”un (M.F.C ) tələbələri 1-ci və 2-ci yer olmaqla ümumilikdə 9 qələbə qazanıblar.
Böyük çəki dərəcəsində mübarizə aparan klubun üzvləri Bağırov Mirhüseyn Rəmzi oğlu və Hüseynli Sübhan Çingiz oğlu turniri birinciliklə bitirərək kəmərə layiq görülüblər. Digər 7 idmançı yüngül çəki dərəcələrində 1-ci və 2-ci yerlərin qalibi olmaqla diplom və medalla təltif olunub.





