Bakıda keçirilən Azərbaycan çempionatında Masallı idmançısı fəxri kürsüyə qalxıb. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Sərbəst və yunan-Roma güləşi üzrə keçirilən U-20 Azərbaycan çempionatında sərbəst güləş üzrə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Mircavad Nəbiyev çempionatın gümüş mükafatını qazanıb.
Məlumat üçün bildirək ki, Mircavad Nəbiyev Masallı rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.