SON XƏBƏRLƏR

Masallıdan olan güləşçimiz Arif Niftullayev Dünya çempionatında üçüncülük üçün mübarizə aparacaq. Bu haqda bu gün, 12 sentyabr tarixində Cenublu.az xəbər verir.

Serbiyanın Belqrad şəhərində keçirilən turnirdə Arif 97 kq çəki dərəcəsində çıxış edir. O, finala gedən yolda Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. Daha sonra litvalı Vilius Laurjnaytis və Aleks Sokeyi məğlub edib.

İdmançımız yarımfinalda bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib.

Arif Niftullayev bürünc medal uğrunda güləşəcək.