SON XƏBƏRLƏR

Ərkivanlı güləşçi Bolqarıstanda keçirilən dünya çempionatında fəxri kürsüyə yüksəlib. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Azərbaycan millisini təmsil edən Elgiz Məmmədov  Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında iştirak edib. 88 kq çəki dərəcəsində mübarizə aparan fəxrimiz Elgiz həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinlə mübarizədə 1 xal fərqlə tatamidən ayrılıb. Nəticələrinə görə, 35 yaşlı idmançımız gümüş medalla mükafatlandırılıb.

Hazırda Rusiyanın Kalininqrad şəhərində yaşayan Elgiz Məmmədov məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirmələri olan yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.