SON XƏBƏRLƏR

Bakı İdman Sarayında yunan-Roma güləşi və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turnirində masallılı güləşçi qalib olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində verir.

Azərbaycan Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi yarışda 15 yaşlı Əmrah Əmrahov 45 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion olub.

Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edib.

Qeyd edək ki, hazırda yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü, Avropa çempionatının gümüş mükafatçısı Əmrah İltizam oğlu Əmrahov Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki​ Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.