Masallıdan olan gimnast qızlar turnirdə uğurlu iştirak ediblər. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Lənkəran Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə 7-ci Bölgələrarası kubok yarışında Masallı gimnastları Zəhranur Ağazadə və Nazlı Kərimova III yerə layiq görülüblər.