Masallılı boksçu respublika birinciliyindən medalla qayıdır. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin şagirdi Məcidov Arif Oktay oğlu Azərbaycan çempionatında iştirak edib. 48 kq çəki dərəcəsində mübarizə aparan Arif respublika üçüncüsü adına layiq görülüb.
Qeyd edək ki, turnirdə 66 komandanın 326 boksçusu çıxış edib.