Masallıdan olan Tərlan Mehrəli oğlu Mirzəyev 8-14 may tarixlərində Rusiyanın Kemerovo şəhərində keçirilən kikboksinq birinciliyində gümüş medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.
Rusiya Federasiyasının Kalininqrad vilayəti adından çıxış edən idmançı 17-18 yaşlı gənclər arasında 86 kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, Tərlan Mirzəyev 30 noyabr 2005-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.