Türkiyənin Antalya şəhərində keçirilən sərbəst güləş üzrə U-20 beynəlxalq turnirinin ilk günündə Masallıdan olan gənclərimiz uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Azərbaycan yığma komandasının tərkibində çıxış edən 55 kg çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova gümüş medal, 97 kg çəki dərəcəsində yarışan Zəfər Əliyev isə bürünc medal qazanıblar.
