SON XƏBƏRLƏR

Masallı rayonu Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin idman zalında məktəbin mərhum fiziki tərbiyə müəllimi Ağahüseyn İsmayıl oğlu Nəcəfovun xatirəsinə həsr olunmuş kəndlərarası voleybol idman növü üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Turnirin yekun nəticəsinə əsasən:

  • I yerə Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları;
  • II yerə Türkoba kənd S.Vurğun adına tam orta məktəbinin oğlanlardan ibarət komandası;
  • III yerə Mahmudavar kənd tam orta məktəbinin qızlardan ibarət və  Miyankü kənd N.Aslanov adına tam orta məktəbinin oğlanlardan ibarət komandaları layiq görülüblər.

Sonda qaliblər mükafatlandırılıblar.

Qeyd edək ki, turnir Masallı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin və Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı və Mişkəmi kənd sakini Həbib İsabala oğlu Əliyevin maddi dəstəyi ilə keçirilib.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda