Masallıda şagirdlər arasında “Tir atıcılığı” üzrə rayon turnirinə yekun vurulub. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhid mayor Novruzov Anar Gülverdi oğlunun xatirəsinə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon turniri baş tutub.
Tədbirdə əvvəlcə Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin bağlanış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru Fuad Mənsimov, şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və “Masal prodakşın”ın baş direktoru Cəfər Cəfərov tədbirdə çıxış edərək şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan və onunla bağlı xatirələrindən danışaraq yarışda qalib gəlmiş iştrakçıları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar.