SON XƏBƏRLƏR

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə rayon birinciliyi təşkil olunub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Regional Taekvondo Mərkəzində baş tutan tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək keçirilən yarışın məqsədinin ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, taekvondo idman növünü inkişaf etdirmək, idmançıların texniki və fiziki hazırlıq səviyyəsini yüksəltmək olduğunu bildirib.

Beynəlxalq Taekvondo Federasiyasının qaydalarına əsasən keçirilən və qızğın mübarizə ilə yadda qalan yarışın sonunda qaliblər diplom və medallarla mükafatlandırılıblar.