Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat üzrə açıq rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
80-ə yaxın idmançının qatıldığı turnirdə Masallı şahmatçıları ilə yanaşı, Cəlilabad şahmatçıları da iştirak ediblər. Turnirin yekun nəticələrinə əsasən, qalib və fərqlənən idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıblar.
Yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və şahmat idman növünə marağının artırılması olub.
Qeyd edək ki, turnir Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.