SON XƏBƏRLƏR

Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Tədbir Masallı rayon Gənclər və İdman idarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və Masallı Rayon DİİXİHİ komitəsinin birgə təşkilatçılığı ilə keçirilib və “Heydər Əliyev ili”nə həsr olunub.Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov və Masallı Rayon DİİXİHİ komitəsinin sədri Camal Hüseynov çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salıblar. Bildirilib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ümummilli liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük nailiyyətlərin əsasının qoyulduğunu bildiriblər.

Qeyd edək ki, birincilik iki gün, 21 və 22 may tarixlərində keçirilib. Birincilikdə 70 nəfərə yaxın idmançı iştirak edib.

Rayon birinciliyində qalib gəlmiş idmançılar təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman